Komitə sədri bankların fəaliyyətindən narazıdır

“Bankların fəaliyyətindən razı ola bilmərik. Belə ki, bankların real sektora köməyi azdır”.

XALQ.AZ xəbər verir ki, bunu parlamentdə 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri bildirib ki, bizdə faiz dərəcələri dünya ölkələri ilə müqayisədə çox yüksəkdir: “Yığışıb bir qərara gəlməliyik. Biz faiz dərəcələrini azaltmağa getməliyik. Çünki ölkə üzrə faiz dərəcələrinin səviyyəsi bank kreditlərindən bir neçə dəfə yuxarıdır”.

 

 

Orxan