Kommunal xərclərin silinməsi ilə bağlı suallara RƏSMİ CAVAB

“Kommunal məsələyə gəldikdə isə, ölkələrin təcrübəsi fərqlidir. Dövlət Vergi Xidməti tərəfindən müxtəlif formada güzəştlər edilir. Hər bir vətəndaş da etdiyi alış-veriş zamanı bu vergi güzəştlərindən istifadə edə bilərlər. Bu da dövlətimizin vətəndaşlara qayğısının növbəti təzahürüdür”.

XALQ.AZ-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, kommunal xidmətlərdən sui-istifadənin olmaması üçün bu model hazırlanıb.

Prezidentin köməkçisi əlavə edib ki, digər ölkələr bu prosesdən çıxmaq üçün borclanmaya gedirlər:

“Azərbaycan borclanmaya getmir, öz resurslarımız kifayət qədərdir. 100-dən artıq ölkə beynəlxalq təşkilatlardan borclar alıb”.