Kommunal xidmətlərdə dəyişiklik-Qaz limiti artırıldı-Rəsmi

Azərbaycanda qaz tariflərinin güzəşt hissəsi artırıldı. XALQ.AZ  məlumat verir ki,  bunu Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazirin sözlərinə görə, güzəşt hissəsi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırılıb. Ş.Mustafayev qeyd edib ki, müvafiq qərar bu gün Tarif Şurasının iclasında qəbul edilib.