Konstitusiyanı belinə döymə etdirdi (FOTO)

D-1

ABŞ-ın məşhur komediya aktrisası Culia Luis Dreyfus kürəyinə maraqlı bir döymə etdirib.

Xalq.az-ın məlumatına görə, 53 yaşlı aktrisa ABŞ konstitusiyasının bir hissəsini şəkil kimi kürəyinə döymə etdirib.

“Rolling Stones” jurnalının üz qapağı üçün kameralar önünə keçən aktrisa bu döyməni müvəqqəti olaraq etdirib. Yaşının kifayət qədər çox olmasına baxmayaraq cavan qalmağı bacaran aktrisa açıq-saçıq pozalarda şəkillər çəkdirib.

Qeyd edək ki, bu Culiya “Seinfeld” serialı ilə məşhurlaşıb. Serialda o, ABŞ nazir köməkçisi rolunu ifa edir.

D-2