Konsulluq xidmətləri “ASAN xidmət”də

Martın 1-dən konsulluq xidmətləri “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, “ASAN xidmət” mərkəzlərində dövlət orqanları sırasına Xarici İşlər Nazirliyi daxil olunub, göstərilən xidmətlərin siyahısında isə konsulluq xidmətləri yer alıb.

Prezident İlham Əliyevin bununla bağlı müvafiq fərmanının icrası üçün Xarici İşlər Nazirliyinin aidiyyəti məsul əməkdaşlarından ibarət işçi qrupu yaradılıb və Nazirliyin üzərinə düşən bütün vəzifə və öhdəliklərin qısa müddət ərzində icrası təmin edilib.

Həmçinin, xidmətlərin göstərilməsi məqsədilə nazirliyin təcrübəli əməkdaşlarından ibarət heyət fəaliyyətlərinin davam etdirilməsi üçün “ASAN xidmət” mərkəzinə ezam olunub.

Beləliklə, 1 mart tarixindən Bakı şəhəri, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində konsulluq xidmətlərinin göstərilməsinə artıq başlanılıb.

 

Orxan


Comments are closed.