Milli Məclisin deputatı Könül Nurullayeva Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentin 12-ci plenar iclasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdədir.

“Beynəlxalq Sülh Xartiyası: Planet və insanlar üçün” mövzusuna həsr olunmuş iclasda qlobal sülh və tolerantlıq, qarşılıqlı anlaşmanın inkişafına həsr olunmuş mövzular üzrə müzakirələr aparılacaq.

Sessiya zamanı deputatımızın tolerantlıq və sülh prinsiplərinin təşviqi ilə bağlı çıxışı nəzərdə tutulub.

Səfər martın 5-də başa çatacaq.


media-ads728x90

Bənzər xəbərlər