Könül Xasıyevadan acı xəbər

Xalq artisti Könül Xasıyeva yenidən xəstəxanaya yerləşdiriləcək.
XALQ.AZ xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında xanəndə özü xəbər verib. O bildirib ki, müalicələri davam edir:
“İndi daha yaxşıyam. Həkim deyir ki, hər şey yaxşılığa doğru gedir. Bu ayın ortalarında yenidən xəstəxanaya yerləşdiriləcəm. Müalicə olunmalıyam. Get-gedə sağalıram”.
Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir. Xanəndə bir neçə ildir ki, müalicə alır. O, martda verdiyi solo konsertdən sonra böyük səhnə ilə vidalaşdığını bildirib.
Orxan