Koronavirusa görə boş qalan Bakıdan -Fotolar

Nazirlər Kabineti yanında operativ qərargah koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqinə başlayıb.

Bu müddətdə vətəndaşlar xüsusi icazə ilə evdən çıxırlar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev adi, koronavirussuz günlərdə uzun tıxacların müşahidə edildiyi küçə və prospektlərdən fotoları ictimailəşdirib. Fotolardan da göründüyü kimi Bakıda həyat dayanıb.

XALQ.AZ Bakının boş qalmış küçələrinin fotolarını təqdim edir:

XALQ.AZ