Koronavirusa yoluxan 79 nəfər donor olub

“Qan vermək üçün müraciət edən COVID-19 xəstəliyi keçirmiş hər bir şəxsə təşəkkür edirik”.

XALQ.AZ-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu gün 99 nəfərədək həmvətənimiz bu prosesə qoşulub: “Burada müraciət əsas deyil. 79 nəfər donorumuz bu prosesə uyğun hesab edilib. Onlardan alınmış 231 plazma xəstələrin müalicəsində istifadə olunub”.

XALQ.AZ