“Koronavirusa yoluxanlarla sağalanlar arasında fərq azalır”

“Koronavirusa yoluxanlarla sağalanlar arasında fərq azalır”.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, yoluxma ilə sağalanların sayında müşahidə edilən ciddi fərqin azalmasında vətəndaşlarımızın rolu böyükdür:

“TƏBİB adından bütün vətəndaşlarımıza təşəkkür edirik. Bu, yenə də onu göstərir ki, qaydalara riayət etməklə, biz bu xəstəliyə qalib gələ bilərik”.