Koronavirusa yoluxmanın ən çox olduğu rayonlar

Koronavirusa yoluxanların 50 faizi Bakı şəhərinin payına düşür.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın mətbuat konfrasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramov bildirib.

R.Bayramov qeyd edib ki, yoluxma daha çox Bakının Nəsimi, Yasamal və Binəqədi rayonlarındadır:

“Həmçinin Sumqayıtda da yoluxanların sayı  çoxdur. Bundan başqa son günlər Gəncə, Lənkəran koronavirusa yoluxanlar artır. Bu əhalinin karantin rejiminə ciddi əməl etməməsilə bağlıdır”.