Koronavirusa yoluxmuş məhkumlarla bağlı – Rəsmi açıqlama

“Virusa yoluxmuş tək-tək məhkumların tam əksəriyyəti artıq sağalıb və karantindən çıxıb”.

XALQ.AZ xəbər verir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə Nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirib.

Hazırda bütün lazımi profilaktik tədbirlərin davam etdirildiyi və vəziyyətin tam nəzarətdə saxlanıldığı vurğulanıb.

Xatırladaq ki, daha əvvəl test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilmiş və müvafiq müalicə tədbirləri görülmüşdü.