Koronavirusdan sağalanların sayı 220 min nəfəri keçdi

Bu saata qədər dünyada koronavirusa yoluxanların ümumi sayı 1 039 157 nəfərə çatıb.

Ən çox yoluxma halı ABŞ-da qeydə alınıb – 245 442 nəfər.

Bununla bağlı Worldometers.info-nun təqdim etdiyi statistikaya əsasən xəbər yayıb.

Bu gün ən çox ölüm halı Böyük Britaniyada qeydə alınıb – 684 nəfər.

Dünyada bu saata qədər 55 157 insan COVID-19-un qurbanı olub.

Dünyada koronavirusdan sağalanların ümumi sayı isə 220 075 nəfərdir.