Koronavirusla bağlı 100 mindən çox test edilib

Hazırkı dövrədək ölkəmizdə 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan XALQ.AZ-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, onlardan 865 nəfər müalicə olunaraq sağalıb:

“20 nəfər vəfat edib, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Həmçinin bildirilib ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test aparılıb.