Milət vəkili: “Koronavirusla mübarizədə həkimlərin bacarığı öz müsbət töhfələrini verəcək”

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlardakı xəstəxanalarında COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə start verilir”

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edəcək. Layihənin məqsədi hazırda COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19-la bağlı əsas bacarıqları sürətlə inkişaf etdirməkdir.

“Qürurverici haldır ki, azərbaycanlı həkimlər bu sahədə peşəkar mütəxəssis kimi yetişiblər. Onlar Türkiyənin seçilmiş universitetlərində təlimlər keçib, həmin sahələr üzrə praktiki təcrübələr əldə ediblər. İnanırıq ki, koronavirusla mübarizədə soydaşlarımız olan həkimlərin bilik və bacarığı öz müsbət töhfələrini verəcək!

Millət vəkili qeyd edib ki, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz sosial missiyası çərçivəsində hər zaman ölkədə səhiyyənin inkişafına böyük dəstək göstərib.

“Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə də Heydər Əliyev Fondu ön sıralarda gedir! Fondun nəcib təşəbbüsləri və addımları cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır!”