Koronavirusun ocağında məktəblər açıldı

COVID-19 pandemiyasının ortaya çıxdığı Çinin Uhan şəhərində həyat mərhələ-mərhələ normala qayıdır.

XALQ.AZ xəbər verir ki, ötən ay xüsusi karantin rejiminin yumşaldıldığı şəhərdə orta dərəcəli məktəblər açılıb.

“Xinhua”nın xəbərinə görə, Uhan şəhərinin mərkəzi olduğu Hubey əyalətindəki 121 lisey və peşə məktəblərinin sonuncu sinif şagirdləri dərslərə girib.

Dərsdən əvvəl məcburi COVID-19 testindən keçirilən şagirdlər və müəllimlər test nəticələrini göstərən kodları girişdəki barkodlara oxudaraq tədrisə başlayıb. Məktəblərə termal kameralar yerləşdirilib. Maska taxmaq məcburi hal olub.

Qeyd edək ki, Çində 23 apreldən bəri virus səbəbilə sadəcə 1 nəfər dünyasını dəyişib.