Kraliça çirk içində yaşayır

kral

Kraliçanın yaşadığı küçənin şəhərin ən çirkli yeri olduğu məlum olub.

Xalq.az-ın xəbərinə görə, London şəhərində şahzadə II Yelizavetanın yaşadığı Bukinqem sarayının yerləşdiyi ərazidə hava Avropa standartından dörd dəfə artıq çirklənib.

Qrosvenor Pleys küçəsində bir kubmetr havada 152 mikroqram azot dioksid var. Bu 40 mikroqram normasından təxminən dörd dəfə çoxdur.

“Yüz minlərlə turist və şəhər sakini hər il havanın yüksək dərəcədə çirkliliyindən əziyyət çəkir” – deyə “Londonda təmiz hava” təşkilatının sədri Saymon Birkett bildirib.

Londonda ən çirkli havası olan ikinci küçə isə Oksford Stritdir.

Xatırladaq ki, bundan əvvəl də Fransanın paytaxtı Parisdə havanın həddindən çox çirkli olması barədə xəıbərarlıq olunmuşdu.