Kraliçanın cəsədi dərədən tapıldı

75

 

Pakistandada itən Singapurlu model və gözəllik kraliçası Fehmina Chaudhrynin cəsədi tapılıb.

Xalq.az  Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə İslamabadda iki gün öncə itən 27 yaşlı model, öldürüldükdən sonra şəhərin kənarındakı dərəyə atılıb. İki uşaq anası olan Chaudhrynin Pakistandakı meneceri hadisəni təsdiqləyib və gənc modelin Pakistanda bir moda məktəbi açmağı planlaşdırdığını açıqlayıb. Anasını görmək üzrə tez-tez Pakistana gedən Chaudry, İslamabadda bir oteldə qalıb və burada anası üçün daşınmaz əmlak almaq üçün calışdığı və bu arada bir ev satıcısı tərəfindən öldürüldüyünü polis təsdiqləyib.