Kraliçanın rəngarəng geyinməsinin səbəbi nədir?

Kraliça II Yelizavetanın hər zaman rəngarəng geyimlərdə olmasının səbəbi məlum olub.

XALQ.AZ “Qafqaziinfo”-ya istinadla xəbər verir ki, Böyük Britaniya kraliçası adətən yağışlı havanın müşahidə olunduğu Londonda depressiyaya düşməmək və ətrafındakı insanlara pozitiv əhval-ruhiyyə bəxş etmək üçün al-əlvan geyinirmiş.

Bundan başqa, onu insanlar arasından uzaq məsafədə elə rəngli geyimləri sayəsində fərqləndirmək mümkündür. II Yelizavetanın qarderobunun ən önəmli detalı isə yağışlı günlərdə rəsmi səfərlər zamanı geyimlərinin rənginə uyğun çətirlər götürməsidir. Aksesuarlarında da libaslarının rəngləri ilə harmoniyanı qoruyub saxlayan kraliça özünəməxsus dəb trendini yaratmış olub.









Orxan