Kralın bir sözü ilə 320 kilo arıqladı

kok adam

 

Xalq.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında Halid inb Mohsen Şari adlı 20 yaşlı gənc kral Abdullahın göstərişi ilə 320 kilo arıqlayıb.

Oğlan bundan əvvəl 610 kilo olub. O, dəfələrlə pəhriz saxlasa da, artıq çəkidən xilas ola bilməyib. Lakin ötən ilin avqustunda Səudiyyə Ərəbistanı kralının arıqlamaq əmrindən sonra Halid paytaxtdakı xəstəxanalardan birinə yollanıb artıq çəkidən xilas olmağı qarşıya məqsəd qoyub.

Oğlan yaşadığı mənzildən qaldırıcı kranla çıxarıblar. Bir neçə ay davam edən müalicədən sonra Halid indi 290 kilo olub