Kreditlərin necə ödəyək?

 

06

Müasir dövrdə kredit şəklində verilmiş pul vəsaitlərinin geri qaytarılmasının alternativ üsullarla təmin olunması kifayət qədər geniş yayılmışdır.Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Tahir Əliyev bildirmişdir ki, ümumi olaraq borcun qaytarılmaması hallarına əsas borcu və ona hesablanmış faiz borcunu aid etmək olar. Bir çox inkişaf etmiş ölkələrdə bu cür borcların qaytarılması ilə bağlı məhkəməyə qədərki kollektor praktikası müsbət nəticələr verir.
Kreditorlar müştərilərin müqavilə öhdəliklərinin vaxtında yetirilməməsi nəticəsində onları birbaşa olaraq məhkəməyə vermək əvəzinə, onlarla özləri əlaqə yaradır və borcların sivil yolla qaytarılmasın təmin edirlər.
Hüquqşünasın dediyinə görə, dünya praktikasına əsasən, borcun məhkəməyə qədər qaytarılması prosesi 2 mərhələyə bölünür.
Birinci mərhələ “soft collection” adlanır. İlkin mərhələdə borclu olan şəxslər borcların verilməsi ilə bağlı öhdəlikləri barədə məlumatlandırılır və ödənişin edilməsi faktı əsaslandırılır. Vaxtı ötmüş borcla işin ilkin mərhələsi borclu şəxslər və zaminlərlə distant əlaqədən ibarətdir (telefon zəngləri, SMS, xəbərdarlıq məktublarının göndərilməsi). Bu mərhələdə borclu şəxslərin 40 faizi borclarını qaytarır.
İkinci mərhələ “hard collection” adlanır. Bura borclu şəxslər və zaminlərlə əlaqə proseduru daxildir (görüşlər, borclu şəxsin yaşayış, iş yeri üzrə axtarışı və s.)
Hüquq məsləhətçisi bildirmişdir ki, tərəflər arasında razılaşma mümkün olmadıqda kreditor borcluya qarşı borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Kreditorun lehinə çıxarılan və icraya yönəldilən məhkəmə qərarının icrası bilavasitə məhkəmə icraçıları tərəfindən həyata keçirilir. Lakin bu cür yanaşma borclunun vəziyyətini bir qədər də ağırlaşdırır, çünki kreditor borcla yanaşı, həm də hüquqi xidmət haqqını müştəridən tələb edəcəkdir.
Borcların məhkəməyə qədər geri qaytarılması üzrə geniş yayılmış üsullardan biri də kollektor agentliyinə müraciətdir. Kollektor agentliyi kreditor və borclu şəxs arasında vasitəçilik rolunun oynayır və borcun qaytarılması üzrə aparılan işə görə kreditordan haqq olaraq müəyyən faiz alır.
Ölkəmizdə bu cür fəaliyyət göstərən ilk kollektor agentliyi 2011-ci ildə yaradılmışdır. Ümumiyyətlə, hesab edirəm ki, ölkəmizdə kollektor fəaliyyətinin inkişafı həm borcluların öz borclarını vaxtında ödəməyə, bununla məhkəmələrin iş yükünün azalmasına səbəb olacaqdır.
Hüquqşünas bildirmişdir ki, qeyd olunan mövzu ilə bağlı borcların digər bir alternativ yolla ödənilməsi praktikası da mövcuddur. Bu, əsasən hüquqi şəxslər arasında yaranan münasibətlərə aiddir. Əldə edilən məhsul və ya xidmətlərə görə borcu yaranan hüquqi şəxs bunun əvəzini tərəflərin razılaşmasına əsasən, eyni qiymətdə xidmətlər təklif etməklə “ödəyir”. Bu cür praktika borcun ödənilməsi ilə yanaşı, tərəflər arasındakı münasibətlərin yenidən bərpa olunmasına da zəmin yaradır.


Comments are closed.