Küçəyə 50000 səpdi-Video

“Pul qazanmaq üçün saatlarla əziyyət çəkirsiniz? Yazığım gəlir sizə”

XALQ.AZ xəbər verir ki, Richrussiankids səhifəsində paylaşılan video bütün dünyaya yayılıb və birmənalı qarşılanmayıb. İzləyicilər videodakı şəxsi şiddətlə qınayıblar.

Sankt-Peterburqda avtomobilin içərisində çəkilən videoda üzünü maska ilə örtmüş oğlanın pəncərədən küçəyə 50 min rubl səpməsi əks olunub.

Oğlan videoda təkəbbürlü davranaraq kasıb insanları alçaldıb. O, bildirib ki, dövlət insanların ehtiyaclarını qarşılamır.

“Dövlət insanların ehtiyaclarını qarşılamır. Yaxşı ki, mənim kimi insanlar var”.

Qeyd edək ki, 50000 rubl 1288 Azərbaycan manatına bərabərdir.

 

 

 

Orxan