“Kupça”lar ləğv olunacaq

44

 

 

Mütəxəssislər mənzillərin sənədləşməsində Qərb sistemindən istifadəni təklif edir.

Azərbaycanlı mütəxəssislər ölkə vətəndaşlarının sahib olduğu mənzillərə mülkiyyət hüququnu təsdiq edən sənədin – Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın (“kupça”) ləğv olunmasına dair təkliflər irəli sürüb.

Onların fikrincə, 1992-ci ildən start verilmiş mənzillərin özəlləşdirilməsi ilə vətəndaşlara çıxarışların verilməsi mexanizmi kökündən düzgün deyil və mənzil fondunun effektiv idarə olunmasını təmin etmir.

Bildirilir ki, “Azərbaycanda kommunal islahatların inkişafı və mənzil fondunun idarə olunmasında səmərəli mexanizm yaratmaq məqsədi ilə Qərb standartlarına keçmək lazımdır”. Belə ki, inkişaf etmiş əksər ölkələrdə çoxmənzilli binalar bir mülkiyyətçiyə (operatora) məxsus olur, sakinlər isə bu mənzillərdə icarə müqaviləsi əsasında yaşayır.

Azərbaycanda icarə müqaviləsini “Kupça” əvəz etsə də, həmin sənəd mənzilin yerləşdiyi binanın altındakı torpaq sahəsi ilə bağlı vətəndaşlara mülkiyyət hüququ vermir. Bu hüquq yalnız şəxsi evlərdə (həyət evlərində) tanınır. Odur ki, mənzillərə verilmiş çıxarışlar əhəmiyyət kəsb etmir.