“Kupça”ların verilməsi elektronlaşır

Kerim

Əmlak məsələləri Dövlət Komitəsinin əməkdaşları fevralın 22-dən etibarən ASAN xidmət mərkəzlərində mənzillərin ilkin və təkrar qeydiyyatına dair arayışların yəni kupçaların verilməsinə başlayacaqlar.

Komitənin sədri Kərəm Həsənov bildirib ki, bu sənədlər ASAN xidmətlə paralel Əmlak məsələləri komitəsinin özündə də veriləcək. Gələn aydan isə forma bir arayışlarının onlayn qaydada verilməsinə başlanacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, Kərəm Həsənov: “Ədliyə Nazirliyində isə texniki və təşkilatı məsələrin hazırlığı gedir. Bizə verilən son məlumata görə Ədliyyə nazirliyi mart ayının 3-də bizə şərait yaradacaqdır ki onlayn rejimində vətəndaşlara xidmətlər göstərilsin”.

Ümumilikdə 2013-cü il ərzində Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 700 min vətəndaşa reyestr xidməti göstərib. Bunlardan 200 mini ilkin qeydiyyatla bağlıdır. Hazırda komitənin göstərdiyi 40-dan çox xidmətdən 16-sı elektronlaşıb. İlin sonuna qədər bu siyahıya daha 15 xidmət əlavə olunacaq.