Kürdəmirdə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

 

kur

Martın 7-də  rayonun  “Kürdəmir”  şadlıq  sarayında  8 Mart – Beynəlxalq Qadınlar  Günü  münasibətilə  Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayonumuzun müxtəlif sahələrində çalışan qadınlarının, eləcə də  rayonda  yaşayan ağbirçəklərin iştirakı ilə bayram tədbiri keçirilib.
Bayram mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bu əlamətdar gün münasibəti ilə tədbirə toplaşan qadınları və onların simasında rayonun bütün qadınlarını, analarını təbrik etdi, onlara xoşbəxtlik və sadət arzuladı.  O öz çıxışında qeyd edib ki,  bu gün Azərbaycan qadınının səsi beynəlxalq təşkilatlardan, yüksək tribunalardan gəlir. Azərbaycan qadını bu gün ana, vətəndaş, siyasətçi olaraq nümunə göstərilir. Dünyada  siyasi  güclərin   hökm verdiyi  anlarda   qadın nəfəsinə, qadın xeyirxahlığına, ana məhəbbətinə daha çox ehtiyac duyulmağa başlanılıb. Azərbaycanda da qadınlar hakimiyyətin yüksək tribunalarında təmsil olunur. Qadın-vətəndaş, qadın-Millət Vəkili, qadın-siyasi nümunə, qadın-Vitse Prezident. Elə bu yaxınlarda Azərbaycanda yeni siyasi idarəçilik üsulu – Vitse Prezidentlik institutu fəaliyyətə başladı. Və ilk olaraq Birinci Vitse Prezident vəzifəsinə Millət Vəkili, “YUNESKO”nun və “İSESKO”nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva təyin edildi. Mehriban xanım Əliyevanın timsalında biz Azərbaycan qadınının mərd və mübariz obrazını görürük. Gəlin bütün Kürdəmir ictimayəti adından yeni təyinatı münasibəti ilə Mehribanj xanım Əliyevanı təbrik edək, bu şərəfli işində ona müvəffəqiyyətlər arzulayaq.Gənc siyasi lider Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırması, “Xocalıya ədalət” kompaniyası çərçivəsində torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə, gənclərin həyat amalının təsdiqi Azərbaycançılıq məfkurəsinin zirvəsidir.Rayonumuzun həyatında da qadınlarımızın əməyi danılmazdır. Bütün sahələrdə qadınlar çalışır, əmək sərf edirlər. Rayonumuzda həyata keçirilən hər bir layihədə, hər bir tədbirdə qadınların fəal iştirakçılar olduğunun şahidi oluruq. Əminəm  ki,  cəmiyyət  qarşısında  öz  məsuliyyətini  bütün  dərinliyi  ilə  dərk edən Kürdəmir  qadınları  bundan sonra da  rayonumuzun  və  müstəqil  Respublikamızın  tərəqqisinə  böyük  töhfələr verəcəklər.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı adından bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə  Fəxri Fərmanlar təqdim edilib.
Maraqlı keçən mərasimdə anaların, qadınların şərəfinə şeirlər, mahnılar səsləndi. Tərtib olunmuş rəngarəng konsert proqramı qadınların məclisini daha da rövnəqlədirdi.
Mərasim iştirakçıları ölkəmizdə qadınlara , analara göstərdikləri yüksək diqqət və qayğılara görə Respublika Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.