Kürdəmirdə “Dövlət və Din” mövzusunda müşavirə

Kurdemir

İyunun 2-də Kürdəmir rayonunun Heydər Əliyev Mərkəzində “Dövlət və din” mövzusunda geniş müşavirə keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların, rayon icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri, ağsaqqallar, din xadimləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalıllar, təhsil, səhiyyə, mədəniyyət işçiləri iştirak etmişlər.
XALQ.AZ  xəbər verir ki, tədbiri giriş sözü ilə Kürdəmir rayon  İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov açmışdır.
Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət Müşaviri Kamal Abdullayev müzakirə olunan məsələ barəsində ətraflı çıxış etmiş, diqqəti hazırki qloballaşma dövründə  millətlərarası, multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsinin vacibliyinə yönəltmişdir.
Məruzə və çıxışlarda “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinin yerinə yetirilməsi zərurətinə diqqət yetirilmişdir.
Dərin razılıq hissi ilə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xalqımız milli-mənəvi dəyərlərinə yenidən qovuşmuşdur.Ümummilli Lider, müdrük siyasətçi Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra dağılmış ölkə iqtisadiyyatının qurulması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə yanaşı xalqın müxtəlif təbəqələri, o cümlədən dindarlarla görüşlərin təşkili mühüm əhəmiyyət kəsb etmişdir.Belə görüşlər zamanı Ulu öndər ibadət ocaqlarını, məsçidləri, kilsə və məbədləri gəzmiş ,dini abidələrimizin vəziyyəti ilə yaxından tanış olmuşdu.Bu qayğı və diqqətin nəticəsində çox qısa müddətdə məsçidlər, ziyarətgahlar, kilsə və məbədlər bərpa edilmişdir. Şəhər və rayonlarımızda yeni ibadət ocaqlarını tikilməsinə,dini təhsilli kadrların yetişdirilməsi üçün ali-dini universitet və məktəblərin yaradılmasına, dinlərarası dialoqun gücləndirilməsinə,xalqın dini cəhətdən maarifləndirilməsinə , dövlət və din siaysətinin  daha sivil formada aparılmasına xüsusi əhəmiyyət verilmişdir.
Ümummilli lider Heydər Əliyevin dini sahədəki siaysəti Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi, onun ideya daşıyıcısı möhtərəm Prezidentimzi İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.Dini-tarixi abidələrimiz,ibadət ocaqlarımız abadlaşdırılır və yenidən bərpa olunur.Bu istiqamətdə görülən işlərdə və həyata keçirilən tədbirlərdə  Heydər  Əliyev  Fondunun  Prezidenti, Millət Vəkili Mehriban Əliyevanın ölkəmizdə və onun kənarlarında məsçidlərin, sineqoqların,kilsələrin və tarixi abidələrin bərpası, abadlaşdırılması və yenilərinin tikilməsi istiqamətində həyata keçirdiyi tədbirlər mədəni-mənəvi irsin bu günkü və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.
Tədbirdə Bilik Fondunun və Bakı  Multikulturalizm Mərkəzinin yaradılması haqqında Prezident fərmanlarının əhəmiyyətinə də  başlıca diqqət yetirilmişdir. Həmçinin belə bir zərurət ifadə olunmuşdur ki,dinimizin yad təsirlərdən və zərərli meyllərdən qorunması daim diqqət mərkəzində durmalıdır.Bu işdə ziyalıların və din xadimlərinin fəal köməyindən istifadə olunmalıdır. Belə bir fikir də vurğulanmışdır ki, məsçidlərimiz ibadət yeri olmaqla həm də mədəniyyət mərkəzi funksiyası yerinə yetirsinlər.
Tədbirdən sonra Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər Üzrə Dövlət Müşaviri Kamal Abdullayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev  rayon ərazisində yerləşən   “Cümə” və “İmam Rza” məsçidlərinə gedərək  rayon dindarları ilə görüşmüşlər. Görüşlər zamanı  çıxış edənlər Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılmış yeni xidmətin Azərbaycan dövləti başçısının dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərimizin inkişafına göstərdiyi qayğıların bariz nümunəsi olduğunu bildirmişlər.