Kürdəmirin səhiyyə işçiləri bayram etdilər

Kurdemir

“Kürdəmir” sarayında rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun iştirakı ilə Kürdəmirin səhiyyə işçiləri peşə bayramlarını qeyd etmişlər.
XALQ.AZ xəbər verir ki, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Nizami Feyzullayev rayonun səhiyyə işçilərini Peşə bayramı münasibəti ilə təbrik edərək bildirmişdir ki, tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il tarixli sərancamına əsasən hər il iyunun 17-i Azərbaycan Respublikası Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin səhiyyə işçilərinə , onların fədakar əməyinə, eləcə də əhalinin sağlamlığınna  göstərdiyi diqqət və qayğıların parlaq təzahürü kimi yaddaşlarda qalmışdır.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Azərbaycanın səhiyyə tarixinin inkişaf mərhələsini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əlaqələndirərək, hər sahədə olduğu kimi , səhiyyə sistemində də müsbət dəyişikliklərin baş verdiyini qeyd etmişdir.Həmçinin ölkə başçısı cənab İlham Əliyevin səhiyyə işçilərinə göstərdiyi diqqət və qaygısından və bu qayğı nəticəsində  son illər Respublikamızda , eləcə də Kürdəmir rayonunun səhiyyə sistemində ki inkişafdan razılıq hissi ilə danışmışdır.
Daha sonra çıxış edənlər son illər  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi səy və təşəbbüskarlığı sayəsində ölkəmizdə  yeni-yeni səhiyyə və sağlamlıq ocaqlarının tikintisinə diqqətin artılırdığını və çox yüksək nəticələr əldə edildiyini ,bu istiqamətdə müvafiq dövlət proqramlarının uğurla həyata keçirildiyini dərin minnətdarlıq hissi ilə vurğulamışlar.Həmçinin qeyd edilmişdir ki, Dövlət başçısının göstərişi əsasında Respublika əhalisinin,o cümlədən rayon sakinlərinin də tibbi müayyinədən keçirilməsi təmin olunmuşdur.
Tədbirdə belə bir inam hissi ifadə olunmuşdur ki, Kürdəmir səhiyyəsinin işçiləri də ölkə rəhbərliynin qayğı və tələblərinə cavab olaraq öz işlərini daha yüksək səviyyədə quracaq, əhalinin sağlamlığı üçün əllərindən gələni əsirgəmiyəcəklər.
Çıxış edənlər ölkə rəhbəri cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti , Millət Vəkili Mehriban xanım Əliyevaya  Kürdəmir səhiyyəsinə göstərdikləri xüsusi diqqət və qayğılara görə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə başa çatmışdır.