“Kurtlar Vadisi”nin aktyoru ailəsi ilə qəzaya düşdü-Foto

Türkiyənin teatr və serial aktyoru Səfa Zəngin ailəsi ilə birlikdə Muğladan İstanbula qayıdanda qəzaya düşüb.

 

XALQ.AZ xəbər verir ki, taksi İzmirin Bornova rayonunda başqa bir avtomobillə toqquşub və aşıb. Qəza nəticəsində Səfa, həyat yoldaşı və 8 yaşlı qızı yaralanıb.

Yaralılar Ege universitetinin tibb fakultəsinin xəstəxanasına çatdırılıb. Səfa Zəngin ilə qızı İlaydanın vəziyyətinin normal olduğu bildirilir. Amma Səfanın həyat yoldaşı Figen Zəngin isə həkim nəzarətindədir.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Səfa Zəngin “Kurtlar Vadisi” serialı ilə məşhurlaşmışdı.

 

 

 

Orxan