Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb

Gənclər Fondunun maliyyə dəstəyi və “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində “Gənclərin insan hüquqları mövzusunda maarifləndirilməsi və onlar arasında milli-mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində üçgünlük nəzəri-praktik konfrans işə başlayıb.

XALQ.AZ xəbər verir ki, 14 şəhər və rayondan – Bakı, Cəbrayıl, Cəlilabad, Gəncə, Lerik, Lənkəran, Masallı, Naxçıvan, Sumqayıt, Şəmkir, Şuşa, Yevlax, Zaqatala və Zərdabdan olan 25 gəncin iştirak etdiyi tədbir çərçivəsində panel müzakirələrin və infoturların keçirilməsi nəzərdə tutulub. Nəzəri-praktik konfransa müxtəlif milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrini (udinlər, xınalıqlar, tatlar, ləzgilər, talışlar, yəhudilər, almanlar və avarlar) təmsil edən 13 nəfər qız və 12 nəfər oğlan qatılıb.

Konfransın birinci günündə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov, ekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov şəxsi bilik və təcrübələrini gənclərlə bölüşərək onların suallarını cavablandırıblar.

Üçgünlük nəzəri-praktik konfransda multikulturalizm və tolerantlıq sahəsində bir sıra mövzuların – fundamental insan hüquqları, Azərbaycanda yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar, onların həyat tərzi, dilləri, dinləri, adət-ənənələri, mədəniyyət mərkəzləri, KİV və internet resursları müzakirə ediləcək, Lənkəran, Lerik və Astara rayonlarına infoturlar təşkil olunacaq.

Tədbir çərçivəsində, həmçinin müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılar və mütəxəssislərin qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunması planlaşdırılır.

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/