Lənkəran Çerveteri ilə qardaşlaşdı-FOTOLAR

03

 

Lənkəran şəhəri İtaliyanın Çerveteri şəhəri ilə qardaşlaşdı

Sentyabrın 14-də İtaliya Respublikasının Çerveteri şəhərinin meri Alessio Paskuçinin rəhbərlik etdiyi nümayəndə heyəti Lənkəran şəhərinə səfər edib.

Xalq.az Gün.Az-a istinadən məlumat verir ki, nümayəndə heyətinin tərkibinə Çerveteri şəhərinin meri ilə yanaşı, şəhər meriyasının turizm şöbəsinin müdiri Lorenso Kroçi və sahibkar Huqo Riççi daxildir.

Lənkəran Şəhər İcra Hakimiyyətində İcra başçısı Taleh Qaraşov Nümayəndə heyətinin üzvlərini salamlayaraq Azərbaycan ilə İtaliya arasında dostluq və qardaşlıq münasibətlərindən söhbət açıb, bu əlaqələrin getdikcə inkişaf etdiyini diqqətə çatdırıb.

İtaliyalı qonaqlara Lənkəran rayonunun əhalisi, ərazisi, coğrafi mövqeyi, iqtisadiyyatı, sosial və mədəni həyatı, elm, təhsil və mədəniyyət müəssisələri barədə ətraflı məlumat verilib. Alessio Paskuçi yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib, 40 min nəfər əhalisi olan Çerveteri şəhərinin qədim tarixindən söhbət açaraq iki şəhər arasında oxşar cəhətlərin olduğunu söyləyib.

A.Paskuçi Lənkəran Şəhər İcra Hakimiyyətinə Çerveteri şəhərinin qədim tarixini əks etdirən mədəniyyət nümunəsi və kitab hədiyyə edib.

Taleh Qaraşov da italiyalı qonağa Lənkəran xalısı, Xan sarayının təsviri olan tablo və Lənkəran haqqında kitab bağışlayıb.

Görüşün sonunda Lənkəran şəhəri ilə Çerveteri şəhərinin qardaşlaşması barədə niyyət memorandumu imzalanıb.

Həmin gün nümayəndə heyəti Lənkəran Şəhərindəki Bayraq meydanı, rayonda fəaliyyət göstərən “Gilan-Lənkəran” konserv zavodu, “OVA” MMC (Beta), “Nur-Süd” MMC-nin süd zavodu, Xanbulan qəsəbəsində yerli fermerə məxsus sitrus bağları ilə tanış olub.

 

01 03

 

02