Lənkəranda aksiya olmayıb

14

Müxtəlif internet saytlarında azadlıq.info saytının 03 dekabr 2013-cü il tarixli səhifəsinə istinadən verilmiş “Lənkəran sakinləri aksiya keçirdi” başlıqlı yazıda guya Liman qəsəbəsində 150-yə qədər sakinin iştirakı ilə etiraz aksiyasının keçirildiyi, bir neçə jurnalistin saxlanıldığı barədə uydurma informasiya verilmişdir.

Məlumat üçün bildiririk ki, yanacağın qiymətinin dəyişməsi ilə bağlı nə Lənkəran şəhərində, nə də Liman şəhərində heç bir aksiya keçirilməyib. İkincisi Liman qəsəbə yox, şəhərdir. Yazıya əlavə olunmuş şəkil də saxtadır, şəkildəkilər Liman şəhərinin sakinləri deyil.  Biz bu cür yazıları ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdi hesab edirik. 

 

                             Lənkəran rayonunun Liman Şəhər İcra nümayəndəliyi