Lənkəranda Dövlət bayrağı günü qeyd edildi

 

5

 

Dövlət Bayrağı Günü münasibətilə Lənkərandakı Dövlət Bayrağı Meydanında bayram tədbiri  keçirildi.
Tədbirdən əvvəl Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhər uşaq rəssamlıq məktəbi şagirdlərinin Azərbaycan Bayrağına həsr etdikləri rəsm sərgisi ilə tanış oldular.
“Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq – öz yurduma öz hakimliyim ” adlı bayram tədbirində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı  aktyorlarının və rayonumuzun incəsənət ustalarının  ifasında ədəbi-bədii konpozisiya nümayiş etdirildi, bir-birindən maraqlı şeirlər səsləndirildi, rəngarəng mahnılar ifa olundu.
Bayram tədbirində Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, tələbələr və  ictimaiyyətin nümayəndələri iştirak edirdilər.