Lənkəranda görüş keçirildi

lenkaran_2

Sentyabrın 6-da Lənkəran Şəhər İcra Hakimiyyətində 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlamentlərarası Assambleyası qrupunun üzvləri ilə görüş keçirildi.
Qrupun tərkibinə MDB PAA Şurasının Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da nümayəndəsi, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin köməkçisi Aydın Cəfərov, MDB Parlamentlərarası Assambleyası Şurası Katibliyinin rəhbərinin müavini, MDB PAA demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun direktoru Dmitriy Qladey, MDB PAA DİMVİ direktorunun müavini Andrey Baranov, MDB PAA DİMVİ Bakı filialının direktoru Elman İmaməliyev, ekspert Fuad İbrahimov, MDB PAA DİMVİ filiallarla iş üzrə şöbənin müdiri Stanislav Konxuyov və MDB PAA DİMVİ eksperti, elmlər doktoru, professor Aleksey Kartasov daxil idilər.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Lənkəran Şəhər Təşkilatının sədri İlqar Dadaşov qonaqları İcra başçısı Taleh Qaraşovun adından salamladı, onların Lənkərana təşrif buyurmalarından məmnun olduqlarını söylədi.
İcra rəsmisi sonra nümayəndə heyətinə Lənkəranın əhalisi, rayon haqqında ümumi məlumat verdi, oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıq məsələlərindən danışdı, Lənkəranda 4 dairə seçki komissiyasının fəaliyyət göstərdiyini diqqətə çatdıran İcra rəsmisi rayonda seçki məntəqələrinin səsverməyə tam hazır olduğunu bildirdi,işlərin MSK tərəfindən təsdiq olunmuş təqvim planına uyğun həyata keçirildiyini diqqətə çatdırdı.
İlqar Dadaşov daha sonra sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkəran şəhərinə tarixi səfəri haqqında qonaqlara məlumat verdi, dövlət başçısının bir sıra açılışlarda iştirak etdiyini söylədi, Lənkəranda aparılan tikinti-quruculuq və abadlıq işlərinə yüksək qiymət verdiyini xüsusi vurğuladı.
Qonaqlardan Aydın Cəfərov, Dmitriy Qladey və başqaları çıxış edərək monitorinq qrupunun 8 il bundan əvvəl yaradıldığını və seçkilərin uzunmüddətli monitorinqini həyata keçirdiyini bildirdilər, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərinin Seçki Məcəlləsinə uyğun tam ədalətli, demokratik və şəffaf keçiriləcəyinə əminliklərini ifadə etdilər və yüksək qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirdilər.
Sonda qonaqlar “Tavriçeskiy dvoreç” kitabını İcra Hakimiyyətinə hədiyyə etdilər.
Eyni zamanda qonaqlara Lənkəran haqqında kitab təqdim olundu.

lenk