Lənkəranda görüşlər keçirilib

 

 

 

05

Taleh Qaraşov gəbul keçirib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 26-da Hirkan qəsəbəsində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Görüşü giriş sözü ilə açan inzibati ərazi dairəsinin nümayəndəsi Mehman Xəlilov bildirdi ki, nümayəndəlik Hirkan qəsəbəsini və Parakənd kəndini əhatə edir, 725 təsərrüfatda 3174 nəfər əhali yaşayır.
Sonra qəsəbə və kənd sakinlərindən Mərziyyə Əliyeva, Möhübbət Quliyev, Xalid Dadaşov, Məhəmməd Salayev və başqaları çıxış edərək respublikamızda, o cümlədən rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri barədə ürək sözlərini söylədilər, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər, oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkilərində dövlət başçımızın namizədliyini yekdilliklə dəstəkləyəcəklərini əminliklə söylədilər.
Görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov nitqində Azərbaycanın sürətli inkişafından, inkişaf etməkdə olan dövlətlər sırasında ölkəmizin layiqli yer tutmasından, qazanılmış iqtisadi uğurların ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşmasına yönəlməsindən ətraflı bəhs etdi.
İcra başçısı həmçinin rayonumuzda çoxsaylı layihələrin, dövlət proqramlarının sürətlə icra edildiyini diqqətə çatdırdı, lənkəranlıların möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayonumuza göstərdiyi yüksək diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklərinə əminliyini ifadə etdi.
Taleh Qaraşov ərazidə yaşayan sakinlər haqqında xoş sözlər söylədi, onların dövlətçiliyimizə sadiqliyini bildirdi, bugünkü görüş zamanı qaldırılan təkliflərin tezliklə həll ediləcəyini xüsusi vurğuladı, müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

 


06

 

Sentyabrın 26-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Nərimanabad və Balıqçılar qəsəbələrində keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Nərimanabad və Balıqçılar qəsəbələrində görüşləri giriş sözü ilə inzibati ərazi dairələrinin nümayəndələri Ağamirzə Ağayev və Dadaş Abbasov açaraq qəsəbələrin sosial-iqtisadi vəziyyəti haqqında qısa məlumat verdilər. Qeyd olundu ki, Nərimanabad qəsəbəsi və Üzümçülük yaşayış məntəqəsini birləşdirən nümayəndəlikdə 1270 təsərrüfatda 5021 nəfər, Balıqçılar qəsəbəsində isə 492 təsərrüfatda 2452 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti balıqçılıqdır.
Sonra görüş iştirakçılarından bir neçə sakin çıxış edərək son vaxtlar nümayəndəliklərdə aparılan işlərdən, müxtəlif sahələrdə əldə olunan uğurlardan danışdılar, mövcud olan bəzi problemləri İcra başçısının diqqətinə çatdırdılar, məsələlərin həlli ilə bağlı təkliflərini səsləndirdilər. Qəsəbə Ağsaqqallar şurasının sədri, Əməkdar müəllim İman Mikayılov, təqaüdçü Həsən Həsənov, Havanisə İbadova və başqaları qəsəbələrdə yerləşən məktəblərin əsaslı təmirə ehtiyacı olduğunu, ərazidə yeni səhiyyə müəssisələrinin yaradılmasının vacibliyini İcra başçısının nəzərinə çatdırdılar.
Çıxış edənlər bununla yanaşı son vaxtlar ölkəmizdə, o cümlədən rayonumuzda aparılan tikinti-quruculuq işlərinin ərazidən də yan keçmədiyini söyləyərək əldə olunan uğurların əhalinin həyat şəraitinin yaxşılaşmasında getdikcə daha aydın göründüyünü bildirdilər. Bütün bunlara görə dövlət başçımıza minnətdar olduqlarını, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini əminliklə söylədilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov görüşləri yekunlaşdıraraq səsləndirilən təkliflərin qısa müddət ərzində icrasına başlanılacağını bildirdi.
İcra başçısı həmçinin qeyd etdi ki, cənab Prezident İlham Əliyevin Lənkərana son səfərindən sonra rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə imzaladığı sərəncamlardan biri məhz Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi və Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlıdır. Bu isə öz növbəsində ərazidə yaşayan sakinlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına hesablanmışdır.
Taleh Qaraşov bildirmişdir ki, Nərimanabad və Balıqçılar qəsəbələri böyük turizm potensialına malikdir. Lakin bura gələn yolun bərbad olması bu sahənin inkişafına maneə törədir. Yol təmir olunduqdan sonra isə əraziyə istər yerli, istərsə də xarici qonaqların cəlb edilməsi ilə burada həm yeni xidmət sahələri, həm də iş yerləri açılacaqdır. Bütün bunların ölkə başçısı İlham Əliyevin vətəndaşlara göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu söyləyən İcra başçısı hamını cənab Prezidentin ətrafında sıx birləşərək göstərilən yüksək qayğıya əməli fəaliyyətləri ilə cavab verməyə çağırdı.