Lənkəranda hesabat

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) Başçısı yanında Şuranın iclasında 2017-ci ildə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr ətraflı müzakirə olunub. XALQ.AZ məlumat verir ki, iclasdan əvvəl Lənkərаn ŞİH-nin bаşçısı Taleh Qaraşov və qonaqlar Hеydər Əliyеv Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüblər.

Daha sonra İcra başçısı və qonaqlar Heydər Əliyev Mərkəzinin foyesində rayonda istehsal olunmuş kənd təsərrüfаtı və sənаyе məhsullаrındаn təşkil еdilmiş sərgiyə baxış keçiriblər.

İclasda hesabat məruzəsi ilə çıxış edən Lənkəran ŞİH-nin bаşçısı Taleh Qaraşov rayonun 2017-ci ili yüksək göstəricilərlə başa vurduğunu diqqətə çatdırıb.

Məruzədə qeyd olunub ki, 2017-ci il sentyabrın 2-3-də cənab Prezident İlham Əliyevin Lənkəran şəhərinə növbəti səfəri rayon sakinlərinin həyatında unudulmaz hadisəyə çevrilib.

Bildirilib ki, cənab Prezident səfər çərçivəsində rayonun təsərrüfatları və istehsal sahələri ilə tanış olaraq, əməkçilərlə iş başında görüşüb, onlara tövsiyələrini verib. Sentyabrın 3-də isə cənab Prezidentin sədrliyi ilə Lənkəranda ilk dəfə olaraq çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

T.Qaraşov ötən il Lənkəranda bir sıra mühüm əhəmiyyətli tədbirlərin, o cümlədən aprel ayında “XX əsrdə Türk-Müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq Elmi Konfransın, 6-7 may tarixlərində ilk dəfə olaraq Azərbaycanda “Avropa Günü” (Şuman günü) münasibətilə şənliklərin Bakıdan kənarda, Lənkəran şəhərində müvəffəqiyyətlə keçirildiyini qeyd edib.

İcra başçısı daha sonra bildirib ki, hesabat ilində Lənkəranda sosial-iqtisadi sahənin inkişafına 160,4 milyon manat investisiya yönəldilib, bunun da 145,9 milyon manatı tikinti-quraşdırma işlərində istifadə olunub. 2017-ci ildə rayona həmçinin ümumi layihə dəyəri 124,5 milyon manat məbləğində özəl investisiya cəlb olunub, icra edilmiş 72,4 milyon manat məbləğində investisiyanın 5,1 milyon manatını xarici investisiya təşkil edib.

2017-ci ildə rayonda ümumi məhsul buraxılışı 2016-cı ilə nisbətən 9,1 faiz artaraq 449 milyon manat təşkil edib, sənaye müəssisələrində əvvəlki ilə nisbətən 20 faiz çox, yəni 37,1 milyon manatlıq məhsul istehsal olunub.

Daha sonra aqrar sahəyə diqqəti yönəldən natiq bildirib ki, dövlət qayğısının daim artması hesabına ölkənin hər yerində olduğu kimi, Lənkəran rayonunda da kənd təsərrüfatı sahəsində inkişaf ötən il sürətlə davam edib, 104,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu, o cümlədən 73972 ton tərəvəz, 4872 ton kartof, 3851 ton taxıl, 17877 ton meyvə tədarük olunub.

Hesabat ilində rayonda 50 hektar sahədə yeni çay plantasiyalarının salındığını, məhsuldar plantasiyalardan 241 ton yaşıl çay yarpağının yığıldığını, bunun hesabına 1,1 milyon manat gəlir əldə olunduğunu, 300 nəfərin daimi işlə təmin edildiyini vurğulayan icra başçısı cənab Prezidentin ölkədə ekoloji cəhətdən təmiz və təhlükəsiz ərzaq məhsulları istehsalının artırılması barədə tapşırığının icrası ilə əlaqədar rayonda çəltikçiliyin inkişafına da xüsusi diqqət yetirilərək əkin sahələrinin 526 hektara çatdırıldığını qeyd edib. Respublikada ilk dəfə olaraq bölgənin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Cənubi Koreyadan gətirilərək ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib və biçilib. Nəticədə çəltik sahələrindən 1815 ton yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsul istehsal olunub, 4,4 milyon manat gəlir əldə edilib, 1068 nəfər işlə təmin olunub, məhsulun keyfiyyətli emalı üçün yeni texnologiya ilə işləyən 2 çəltik zavodu quraşdırılıb.

Məruzədə həmçinin sitrus meyvəçiliyinin inkişafı ilə əlaqədar ötən il “Gilan Aqro” MMC tərəfindən 100 hektar sahədə xaricdən gətirilmiş yeni növ sitrus bağlarının salındığı, 200 nəfərin daimi işlə təmin edildiyi, ümumilikdə isə rayonda il ərzində 1282 hektar sitrus bağlarından 12900 ton məhsulun yığıldığı və bunun hesabına 7,7 milyon manat gəlirin əldə olunduğu qeyd edilib.

Natiq ötən il rayonda heyvandarlıq məhsullarının istehsalı sahəsində də nailiyyətlərin qazanıldığını, diri çəkidə 6717 ton ət, 202,7 ton quş əti, 33790 ton süd və 15,9 milyon ədəd yumurtanın tədarük olunduğunu bildirib.

İcra başçısının sözlərinə görə, cənab Prezidentin unudulmaqda olan kənd təsərrüfatı sahələrinin dirçəldilməsi ilə bağlı tövsiyə və tapşırıqlarına əsasən rayonda ilk dəfə olaraq çəltikçiliklə yanaşı, baramaçılığın da inkişafına diqqət yönəldilib. Belə ki, baramaçılığın yem bazasının yaradılması üçün keçən il rayon üzrə ümumilikdə 64,7 min ədəd tut tingi əkilib. Yem bazasının artırılması məqsədilə həmçinin mövcud tut tinglərindən çilingi üsulu ilə 100 min ədəd yeni tut tinglərinin yetişdirilməsinə başlanılıb. Bu il ilk dəfə olaraq könüllülük əsasında 30 ailə tərəfindən baramanın bəsləniləcəyi nəzərdə tutulub.

Məruzədə hesabat dövründə yol-abadlıq işlərinə də diqqətin artırıldığı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli yaşayış binasında əsaslı bərkitmə-gücləndirmə işlərinin və 20 çoxmənzilli yaşayış binasının dam örtüklərinin və fasad hissəsinin əsaslı təmiri ilə bağlı sərəncamlarının sakinlər tərəfindən minnətdarlıq hissi ilə qarşılandığı vurğulanıb.

İcra başçısı ötən il Lənkəranın respublikada daha bir ilkə də imza atdığını, dekabrın 19-da şəhərdə ilk dəfə olaraq çay, çəltik və sitrus festivalının keçirildiyini, bu ümumxalq tədbirinin təkcə kənd təsərrüfatında deyil, həm də rayonun sosial-iqtisadi inkişafı və mədəni quruculuğu sahəsində qazanılmış nailiyyətlərin parlaq nümayişinə çevrildiyini qeyd edib.

T.Qaraşov çıxışının sonunda əminliklə bildirib ki, Lənkəran ŞİH aparatı, rayonun idaretmə orqanları və xidmət müəssisələri qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edəcək və Azərbaycanın sosial-iqtisadi inkişafına töhfələrini daha da artıracaqlar.

Məruzə ətrаfındа çıxış edən Milli Məclisin Əmək və Sоsiаl Siyаsət Kоmitəsinin sədri Hаdi Rəcəbli, millət vəkili Rüfət Quliyev, Аzərbаycаn Rеspublikаsı Prеzidеnti Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov və digərləri 2017-ci ildə Lənkəran rayonunda görülən işləri yüksək qiymətləndirərək, əldə edilən nailiyyətlərin davamlı olması arzusu ilə tövsiyə və məsləhətlərini bildiriblər.

Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olunub.

Sonda yığıncaq iştirаkçılаrı adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə müraciət ünvаnlаnıb.