Lənkəranda iclas keçirilib

 

96

 

Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi.
Müşavirədə İcra başçısının müavinləri, İcra Aparatının kollektivi, idarə, müəssisə və təşkilatların rəhbrələri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının müavinləri Möhübbət Babayev, İlkin Rəhimov, Tofiq Rzayev, Vüsal Nəsirli, şöbə müdiri Əlimərdan Əliyev ötən həftə ərzində görülmüş işlər barədə məlumat verdilər.
Çıxışlarda xüsusilə Lənkəran ŞİH başçısının müvafiq Sərəncamına əsasən noyabrın 1-dən 30-dək Lənkəran rayonunda keçirilən yaşıllaşdırma aylığı çərçivəsində ağacəkmə kampaniyası barədə geniş məlumatlar verildi, eyni zamanda həyata keçirilən müxtəlif tədbirlər haqqında danışıldı.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov həftə ərzində görülmüş işlərə münasibətini bildirdi, yaşıllaşdırma aylığının yüksək səviyyədə və keyfiyyətlə keçirilməsi ilə əlaqədar təkliflərini söylədi, qarşıda duran vəzifələri bir daha diqqətə çatdırdı, idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.