Lənkəranda kəndə qaz verildi

05

VİRAVUL KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ

 

Oktyabrın 7-də 4 mindən artıq əhalisi olan Viravul kəndində əsl bayram əhval-ruhiyyəsi vardı. Havanın yağışlı keçməsinə baxmayaraq, insanlar uzun illərdən sonra “mavi alov”un açılışını səbirsizliklə gözləyirdilər.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Viravul inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Qurbanov açdı. Bildirildi ki, kəndin ərazisində 861 ədəd sayğac quraşdırılıb. Qaz xəttinin yüksək səviyyədə istifadəyə verilməsindən ötrü 16 min 566, 5 metr polietilen borudan və 20 min 224, 71 metr dəmir borudan istifadə edilmişdir. Bununla yanaşı, 861 ədəd fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə kənd ictimaiyyəti adından Ağsaqqallar Şurasının sədri Ayaz Nəhmətov, təqaüddə olan müəllim Rauf Ağayev çıxış edərək ölkə başçısı cənab İlham Əliyevə, həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər.
Açılışda “Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin rəis müavini Kamran Cəfərov iştirak edirdi. O, çıxışında bildirdi ki, Viravul kəndində qazlaşdırmaya qısa vaxtda başlanılıb. Lakin kollektivimizin səyi nəticəsində bu mühüm iş məhz bu gün icra olunur. Əlbəttə, bütün bu işlər möhtərəm Prezidentimizin regionların sosial-iqtisadi inkişafına dair  Dövlət Proqramı çərçivəsində yerinə yetirilir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov uzun fasilədən sonra Viravul kəndinə təbii qazın verilməsi münasibətilə  əhalini  təbrik etdi, onlara ən səmimi və xoş arzularını  çatdırdı, “”mavi alov”un hər bir evə hərarət və bərəkət gətirməsini arzuladı.
Sonda təbii qazın açılışını bildirən rəmzi məşəl alovlandırıldı.