Lənkəranda konfrans keçirilib

XALQ.AZ xəbər verir ki, Sentyabrın 6-da Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib.
Konfransdan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva, Respublika Təhsil Nazirliyinin nümayəndəsi, sektor müdiri Vidadi Bağırov, rayon Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov və rayonun digər təhsil işçiləri Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Konfrans Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Şəhər Təhsil şöbəsinin müdiri Aslan İbrahimov “2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəni konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Məruzə ətrafında şəhər 4 nömrəli məktəb-liseyin direktoru Yeganə Əsgərova, şəhər 6 nömrəli məktəb-liseyin direktor müavini Vəfa Rəhimova, Boladi kənd 1 nömrəli tam orta məktəbin psixoloqu Kəmalə Səfərova, Sütəmurdov kənd tam orta məktəbin direktoru Kamran Əliyev, valideyn Validə Abıyeva, Respublika Təhsil Nazirliyinin nümayəndəsi, sektor müdiri Vidadi Bağırov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva çıxış ediblər. Natiqlər yeni dərs ili və bilik günü münasibətilə rayonun bütün müəllim və şagirdlərini, o cümlədən tələbə adını qazanmış abituriyentləri təbrik edib, Azərbaycanda təhsilə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar. Rayonumuzun orta ümumtəhsil məktəblərində çalışan müəllimlər təhsilimizin inkişafı üçün bundan sonra da yüksək əzmkarlıqla çalışacaqlarını bildiriblər.
Konfransın sonunda respublika üzrə keçirilən pedaqoji mühazirələrdə qalib olmuş şəhər 6 nömrəli məktəb-liseyin direktoru Akif  Xalıqova və təhsil şöbəsinin aparıcı məsləhətçisi Mais Quliyevə Respublika Təhsil Nazirliyinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.
Sonda konfransın qətnaməsi oxunub və konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

 

 

Orxan