Lənkəranda növbəti görüş keçirilib

 

02

Lənkəran şəhər İcra başçısının növbəti səyyar qəbul-görüş keçirib

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü oktyabrın 4-də şəhərin 2-ci mikrorayon ərazisində yaşayan sakinlər ilə keçirdi.Q.Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzində keçirilən görüşdə İcra başçısının müavinləri, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının və bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.Görüşü giriş sözü ilə Lənkəran ŞİH başçısının 1 nömrəli sahə üzrə inzibati ərazi dairəsinin nümayəndəsi Vidadi Dadaşov açaraq ərazi və sakinlər haqqında məlumat verdi.Sonra sakinlərdən Siyasət Rəhimov, Mənsur Ağayev, Elşad Nəzərov, Qadir Axundov və başqaları çıxış edərək rayonda həyata keçirilən tikinti, abadlıq-quruculuq işlərindən danışdılar. Çıxış edənlər bildirdilər ki, bu işlərin bir hissəsi kimi ərazidə yerləşən yaşayış binalarının su-kanalizasiya sistemləri təmir edilmiş, ərazidən keçən avtomobil yollarına asfalt döşənmiş, piyada keçidləri yenidən qurulmuş, binaların həyətlərində yaşıllıqlar salınmışdır. Görülən işlərin vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına hesablandığını bildirən çıxışçılar bütün bunlara görə cənab Prezident İlham Əliyevə minnətdar olduqlarını, 9 oktyabr prezident seçkilərində hamılıqla onun namizədliyini dəstəkləyəcəklərini söylədilər.Təqaüdçü müəllim Ayaz Əhmədov cənab Prezidentə ithaf etdiyi şeirini oxudu.Görüşdə həmçinin bir neçə sakin şəxsi xahişləri ilə İcra başçısına müraciət etdi.Tədbiri yekunlaşdıran ŞİH-nin başçısı Taleh Qaraşov bu gün respublikamızda əldə olunan dinamik inkişafın Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlı olduğunu söylədi. Cənab Prezidentin dövlətimizə rəhbərlik etdiyi ötən dövr ərzində əzmkar fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını, məhz bunun sayəsində ölkəmizin bölgədə təsirli söz sabinə çevrildiyini qeyd etdi. Həyata keçirilən uğurlu sosial islahatlar nəticəsində vətəndaşların rifah halının yüksəldiyini söyləyən Taleh Qaraşov bu işlərin gələcəkdə də davam etdiriləcəyini, xalqımızın həyat şəraitinin daha da yaxşılaşdırılacağını əminliklə söylədi, qazanılan uğurların davamı üçün hamını cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.Sonda İcra başçısı görüşdə qaldırılan təkliflərin icrası üçün aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlarını verdi.