Lənkəranda “Sağlam uşaq sağlam həyatın gələcəyidir” mövzusunda dəyrimi masa

Lenkeran

Avqustun 27-də Heydər Əliyev Mərkəzinin konfrans zalında Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sağlam uşaq sağlam həyatın gələcəyidir” mövzusunda dəyrimi masa keçirildi. Tədbirdə Lənkəran ŞİH-nin rəsmiləri, şəhər Səhiyyə, Təhsil şöbələrinin kollektivləri iştirak edirdilər.

XALQ.AZ-ın məlumatına görə, dəyirmi masanı giriş sözü ilə ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva açaraq iştirakçılara mövzu ilə bağlı məlumat verdi.

İştirakçılara respublikamızda səhiyyə sahəsində aparılan islahatların gedişini əks etdirən video material nümayiş olundu.
Sonra çıxış edən R.Əliyeva bildirdi ki, bu gün Azərbaycanda gedən sürətli sosial-iqtisadi inkişaf səhiyyə sahəsində də diqqət çəkəcək dərəcədə hiss olunmaqdadır. Hələ Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilməyə başlayan köklü tibbi islahatlar bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bütün bu islahatlar nəticəsində qısa müddət ərzində ölkəmizdə səhiyyə infrasturkturu tamamilə yenilənmiş, yeni dünya standartlarına uyğun səhiyyə müəssisələri tikilib istifadəyə verilmiş, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmişdir. İcra rəsmisi həmçinin qeyd etmişdir ki, sadalanan faktlara rəğmən son vaxtlar mətbuatda səslənən ana və uşaq ölümü halları ilə bağlı məlumatlar əlbəttə ki ciddi narahatçılıq doğurur. Məhz belə halların qarşısının qətiyyətlə alınması məqsədi ilə ölkə başçısının ciddi tapşırıqları olduğunu vurğulayan Rasilə xanım vəziyyətin araşdırılaraq çıxış yolları tapılmasının vacibliyini vurğuladı.

Mövzu ilə bağlı çıxış edən Lənkəran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, baş həkimin müavini Taleh Məmmədli, MRX-nın Perinatal mərkəzinin direktoru Yeganə Nəhmətova, şəhər 7 nömrəli tam orta məktəbinin müdiri Ülviyyə Əliyeva və başqaları yaranmış vəziyyətdən çıxış yolları haqqında rəy və mülahizələrini bildirdilər.

Problemin həlli ilə bağlı aparılan müzakirələrdə erkən nigah hallarının qarşısının alınmasının, yeniyetmə qız və oğlanların vatxtaşırı tibbi müayinələrə cəlb edilməsinin, gənclərin hələ orta təhsil müəssisələrində təhsil alarkən məsələ ilə bağlı ətraflı maarifləndirməsinin vacibliyi vurğulandı.

Lenkeran