Lənkəranda və Samuxda iyulun 20-dən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq

Şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq. 

Bu barədə XALQ.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.