Lənkəranda Zərifə xanım Əliyeva həsr olunmuş tədbir

84

 

Lənkəran Mərkəzi Rayon Xəstəxanasında Akademik Zərifə Əliyevanın 91 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə “Böyük alim, qayğıkeş ana” adlı foto-slayd nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev açaraq Zərifə xanım Əliyevanın şərəfli ömür yolu haqqında məlumat verdi.
Lənkəran ŞİH Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif İmanlı tədbir iştirakçılarına İcra başçısı Taleh Qaraşovun salamlarını çatdırdı, Zərifə xanım Əliyevanın görkəmli alim, qayğıkeş ana, mehriban, sədaqətli ömür-gün yoldaşı, xeyirxah insan kimi məziyyətlərindən bəhs etdi.
Sonra MRX baş həkiminin müavini Əbülfət Məmmədovun məruzəsi dinlənildi. Məruzədə Zərifə xanım Əliyevanın mənalı həyat və fəaliyyəti haqqında, oftalmologiya sahəsində göstərdiyi misilsiz xidmətləri, ixtiraları və yenilikləri barədə müfəssəl məlumat verildi.
Məruzə ətrafında müzakirələrdə MRX baş həkiminin müavini, oftalmoloq Taleh Məmmədov, Terapiya şöbəsinin müdiri Siyasət Qasımov və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Məmmədbağır Axundov çıxış edərək Zərifə xanım Əliyevanı görkəmli oftalmoloq, ictimai xadim, Ulu Öndərimiz Heydər Əliyevin vəfalı sirdaşı, möhtərəm Prezidentimiz İlham Əliyevin mehriban anası kimi xarakterizə etdilər, onun xatirəsinin xalqımız tərəfindən daim  əziz tutulduğunu bildirdilər.