Laçında tələbələrlə görüş keçirilib

XALQ.AZ xəbər verir ki, 2018-ci il 16 sentyabr tarixdə Laçın rayonunun ümumtəhsil məktəblərini bitirmiş, ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplamış  məzunlarla görüş keçirilmişdir.

Görüşdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanında 600-dən yüksək bal toplamış məzunları təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.
Daha sonra rayon rəhbəri çıxış edərək ölkəmizdə prioritet məsələlərdən biri olan təhsil sahəsində görülən işlərdən,  ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışmış, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlərin görüldüyünü bildirmişdir.
Tədbirdə ali məktəbə qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə göstərmiş şagirdlər respublikamızda təhsilə göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını  bildirmişlər.

Tədbirin sonunda ali məktəblərə qəbul imtahanında rayon üzrə ən yüksək nəticə göstərmiş abituriyentlərə Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri  təqdim olunmuşdur.

 

 

Orxan