"Laser Beauty Estetik" lisenziyası ləğv edilir,məhkəməyə verilib- Rəsmi şəxslərə telefon çırpan Rəna Soltanovanı hansı cəza gözləyir?
Xəbər verdiyimiz kimi, Rəna Soltanovanın “Laser Beauty Estetik Klinikası”nın fəaliyyətində çoxsaylı nöqsanlar aşkarlanması nəticəsində klinikanın fəaliyyətinin dayandırıldığı qeyd olunmuşdur.
Rəsmi şəxsləri işdən çıxarılması ilə hədələyən və telefon çırpan Yeganə Cəfərova və Rəna Soltanova barədə tədbirlər görülür.
Bununla bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilib.
XALQ.AZ bildirir ki, bununla bağlı AEM məlumat yayıb.
“Klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı bu gün Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilib”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bu məlumatlar yayıldıqdan sonra Rəna Soltanovanın fəaliyyəti dair çoxsaylı şikyətlər yayımlandı