Lavrov Azərbaycana gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.

XALQ.AZ xəbər verir ki,  bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərin görə, S.Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün dekabrın 14-ü Bakıya səfərə gələcək.

 

Orxan