Lavrov: “Bu barədə hələ bir söz demək olmur”

“Biz hələ bilmirik ki, Ukraynanın yeni rəhbərliyinin Minsk razılaşması ilə bağlı hansı siyasəti olacaq. Oradan kifayət qədər müxtəlif siqnallar gəlir”.
Xalq.az-ın məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov söyləyib. O, Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenskinin görüşünün təşkili barədə hələ bir söz deməyin mümkün olmadığını və liderlər arasında telefon danışığının baş tutması ilə bağlı planların olduğunu bildirib.
Qeyd edək ki, bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə dialoqa başlamağa hazır olduqlarını demişdi.