Lerik rayonunda yeni yollar çəkilir

04

 

Lerik rayonunun 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi və yenidən qurulması işləri davam etdirilir

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Lerik rayonunun Piran-Hamarat-Tülüconu yolunda tikinti və yenidənqurma işləri davam etdirilir.
Xalq.az  xəbər verir ki, yüksək dağlıq ərazidən keçən yol dəniz səviyyəsindən 1300-1800 metr yüksəklikdə yerləşən 19 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu  27 kilometr olan Piran-Hamarat-Tülüconu yolunun bir tərəfi  sıldırım qaya, digər tərəfi  40-50 metr dərinlikdə dərə ilə əhatə olunmuşdur.
Yolun qayalıqdan keçən  bir kilometrə yaxın hissəsinin partladılması nəzərdə tutulmuşdur. Bununla da yol  bəzi yerlərdə 70-80, bəzi yerlədə isə 30-40 metr aşağı salınaraq, sərt yoxuş aradan qaldırılacaqdır. Artıq 450 metr məsafədə qayaların partladılması işi başa çatmışdır. Bundan başqa, yolu genişləndirmək məqsədilə daha 300 metrlik hissədə partlayışlar aparılacaqdır.
Tikintisi “Azəryol Nəqliyyat Tikinti Servis” tərəfindən həyata keçirilən yolun 80 faizində işlər tamamlanmışdır.