Lerik rayonunun Piran, Daster, Siyov kəndlərində seçicilərlə görüş keçirilib

 

21

Prezidentliyə  namizəd cənab  İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Lerik rayon təşkilatı tərəfindən rayonun Piran, Daster və Siyov kəndlərində seçicilərlə görüş keçirilib.

Tədbirlərdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov bildirib ki, son 10 ildə, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə tam ictimai-siyasi sabitlik yaradılıb, iqtisadiyyatın bütün sahələrinin inkişafı təmin edilib.

Görüşlərdə  Milli Məclisin deputatı İqbal Məmmədov iştirak edib.