Lerik seçiciləri Heydər Əliyev siyasətinin davamçısını dəsdəkləyirlər

005

 

Sentyabrın 21-də Lerik rayonunun Əliabad kənd inzibati ərazi dairəsinə daxil olan Əliabad, Soru və Gürdəsər,Camaşair kəndlərində seçicilərlə görüş keçirildi.

Təbliğat qrupunun üzvləri Azərbaycan Tibb Universitetinin kafedra müdiri, əməkdar elm xadimi Əlihüseyn Hidayətov və YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov son illər Respublikanın hər yerində olduğu kimi Lerik rayonunda cənab İlham Əliyevin qayğı və diqqəti ilə həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri haqqında geniş məlumat verdi.

Tədbir iştirakçılarından Əliənnağı Ağayev, Əkrəm Abdullayev və başqaları çıxış edərək İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildirdilər. Qeyd olundu ki, leriklilər həmişə Heydər Əliyev siyasətinə sadiq olublar və 9 oktyabrda da hamılıqla onun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.