Lerikdə 750 ailəyə qurban payı verilib

55

Lerikdə müqəddəs Qurban bayramına həsr olunmuş tədbir keçirilib.Xalq.az xəbər verir ki , yerli sakinləri bayram münasibətilə təbrik edən Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri olduğunu, bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanların kəsildiyini, dövlətimizin daha da firavan yaşaması və tərəqqisi üçün dualar edildiyini, şəhidlərimizin ölməz xatirəsinin ehtiramla yad olunduğunu, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsinin nümayiş etdirildiyini bildirib.

 

Daha sonra Qurban bayramı münasibətilə Lerik rayonunda yaşayan Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə və imkansız şəxslərə – ümumilikdə 750 ailəyə bayram sovqatı verilib.